Daha bir azərbaycanlı Avropa çempionatının yarımfinalında

04:20 Boks 69
Daha bir azərbaycanlı Avropa çempionatının yarımfinalında

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan boksçusu Əli Baxışov yarışın yarımfinalına vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayb.

Əli Baxışov (60 kq) Kristian Haraşiki (Slovakiya) 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. O, bununla da bürünc medalı təmin edib.

Əli avqustun 20-də final uğrunda Furkan Avarla (Türkiyə) qarşılaşacaq.

Daha öncə Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. Boksçu avqustun 20-də Ellen Coysla (İrlandiya) final uğrunda döyüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!