“Mançester Siti”nin yarımmüdafiəçisi Niko Qonsales transfer pəncərəsi bağlanana qədər komandadan ayrıla bilər.
Sportinfo.az “Talksport”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində “Nyukasl” maraqlıdır.
“Sağsağanlar” Sandro Tonali və Bruno Gimarayeşlə yolların ayrılmasından sonra yarımmüdafiə xəttini gücləndirmək istəyir.
“Mançester Siti”nin də Qonsalesi satmağa hazır olduğu bildirilir.
“Şəhərlilər” bu transferdən əldə olunacaq vəsait hesabına “Çelsi”dən Enzo Fernandes və “Lill”dən Ayyub Buaddini transfer etməyi planlaşdırır. Bununla belə, Qonsalesin özünün komandada qalmaq istədiyi qeyd olunur.
“Mançester Siti” ispaniyalı yarımmüdafiəçini ötən yay “Portu”dan 60 milyon avroya transfer edib.
Qonsales həmin vaxtdan etibarən İngiltərə klubunun heyətində bütün turnirlərdə 59 matça çıxıb və 4 qol vurub.
