"Qarabağ" Cənubi Avropa və Cənubi Amerika təsirlərinə malik komandadır"

19:30 Qarabağ 118
"Qarabağ" Cənubi Avropa və Cənubi Amerika təsirlərinə malik komandadır"

"Tvente" UEFA Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəəsində sabah doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, Niderland təmsilçisinin baş məşqçisi Con van den Brom matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. Mütəxəssis azarkeşlərin dəstəyinə ehtiyaclarının olduğunu bildirib:

"Rəqibimiz son illərdə Konfrans Liqasından daha yüksək səviyyədə oynayıb. Bu, "Qarabağ"ın keyfiyyəti barədə çox şey deyir. Onların çoxlu fərdi keyfiyyətləri var. Bundan ehtiyatlanmalıyıq. "Qarabağ" Cənubi Avropa və Cənubi Amerika təsirlərinə malik komandadır. Onlar məhz belə oynayırlar. Çox vaxt topa sahib olmaq üzərində düşünürlər. Düşünürəm ki, bizim də şansımız var. İstədiyimiz oyunu sərgiləməyə çalışmalıyıq. Dominant olmaq, topa nəzarət etmək və azarkeşlərimizin dəstəyi ilə rəqibi geriyə sıxmaq istəyirik. O zaman gələn həftə üçün çox yaxşı baza formalaşdıra bilərik. Maksimum nəticə əldə etmək üçün azarkeşlərimizə də ehtiyacımız var. Onlar bizə ev oyunlarında artıq dəfələrlə etdikləri kimi son təkan verə bilərlər."

Digər Xəbərlər
Xəbər Lenti