“Bütün diqqətimiz doğma meydanda mübarizə aparacaq Azərbaycan millisində olacaq"

04:30 Voleybol 60
“Bütün diqqətimiz doğma meydanda mübarizə aparacaq Azərbaycan millisində olacaq"

Avropa çempionatının Azərbaycanda, xüsusilə də Bakıda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyan və qürurverici hadisə olmaqla yanaşı, idmana və idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan voleybol millisinin sabiq kapitanı Alla Həsənova deyib.

O, qitə çempionatının əhəmiyyətindən söz açıb:

"Belə mötəbər yarışların Azərbaycanda keçirilməsi həm ölkəmizin beynəlxalq idman nüfuzunu artırır, həm də voleybolun inkişafına mühüm töhfə verir. Avropanın güclü komandaları dünyanın idman paytaxtı olan Bakıda bir araya gələcək. Əlbəttə, bütün diqqətimiz doğma meydanda mübarizə aparacaq Azərbaycan milli komandasında olacaq".

A.Həsənova Azərbaycan yığmasına uğurlar arzulayıb:

"İnanıram ki, voleybolçularımız yüksək əzmkarlıq nümayiş etdirərək, layiqli mübarizə aparacaq və azarkeşlərimizi sevindirəcəklər. Onlara uğurlar arzulayır, bütün azarkeşləri komandanı dəstəkləməyə çağırıram".

2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!