“Qarabağ” futbol oynamağı sevən təcrübəli komandadır”

08:20 Qarabağ 134
“Qarabağ” futbol oynamağı sevən təcrübəli komandadır”

"Qarabağ" təcrübəli komandadır”.

Sportinfo.az xəbər verir ki, bu barədə "Tvente"nin (Niderland) futbolçusu Ramiz Zerruki deyib.

28 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl fikirlərini bölüşüb:

"Oyuna tam hazırıq. Rəqib futbol oynamağı sevən təcrübəli komandadır. Meydanda əsl güc balansının necə olduğunu görəcəyik".

Əlcəzairli oyunçu qarşılaşmanı səbirsizliklə gözlədiklərini söyləyib:

"Cütün taleyi iki oyundan sonra həll olacaq. Amma ümid edirik ki, çox vacib addım atacağıq.

Avropa Liqasında mübarizəni dayandırmağımız məyusedici idi. Amma indi bu turnirə diqqət yetirməliyik".

"Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!