2028-ci ilin finalı üçün Münhenin namizədliyi təsdiqləndi - Çempionlar Liqasında

2028-ci ilin finalı üçün Münhenin namizədliyi təsdiqləndi - Çempionlar Liqasında

Münhen Şəhər Şurası 2028-ci ildə Çempionlar Liqasının finalının “Alyanz Arena”da keçirilməsi üçün şəhərin namizədliyini təsdiqləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen meri Dominik Krauze şəhərin belə böyük tədbirlərə ev sahibliyi etmək gücündə olduğunu bildirib:

“2025-ci ildə Münhen bir daha sübut etdi ki, ən yüksək səviyyəli beynəlxalq idman yarışlarını qəbul etməyə qadirdir.

Belə turnirlərin yenidən keçirilməsi Münheni dünyaya qonaqpərvər, idmanı sevən və yüksək səviyyədə təşkilatçılıq qabiliyyətinə malik şəhər kimi təqdim etmək üçün əla fürsət olacaq”.

2027/28 mövsümündə Çempionlar Liqasının finalının keçiriləcəyi stadionu UEFA İcraiyyə Komitəsi 2026-cı ilin sentyabrının ortalarında müəyyənləşdirəcək.

2027-ci il Çempionlar Liqasının finalı isə Madriddəki “Metropolitano” stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!