“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı ilk oyunu buraxa bilər.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı braziliyalı Azərbaycan Premyer Liqasının birinci turunda “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.
Onun sabahkı matçda meydana çıxmaq ehtimalının aşağı olduğu iddia edilir.
Elvin Cəfərquliyevin “Tvente”yə qarşı oynamayacağı isə dəqiqdir.
“Tvente” – “Qarabağ” matçı avqustun 20-də Enşededəki “De Qrols Veste” stadionunda keçiriləcək və oyuna saat 22:00-da start veriləcək.
