“Neftçi”nin heyətini yeni legionerlə gücləndirməsindən xəbərdarsız.
“Ağ-qaralar” Draqolyub Saviçi Serbiyadan - TSC-dan transfer edib.
25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Əsasən sol vinger mövqeyində çıxış edən Saviç sağ cinahda da oynaya bilir. Yüksək sürəti, texnikası, hər iki ayağı ilə dəqiq ötürmələri və zərbələri ilə seçilir.
O, karyerası ərzində Serbiya, Avstriya və Latviya klublarının formasını geyinib. RFS-in heyətində 2023 və 2024-cü illərdə Latviya çempionu olub, 2024-cü ildə isə ölkə kubokunu qazanıb.
Saviç son klubu TSC-nin heyətində ötən mövsüm Serbiya Superliqası və ölkə kubokunda ümumilikdə 36 matça çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib.
O, 2026/27 mövsümündə Serbiya çempionatının ilk üç turunun hamısında meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bakılılar balkanlı legionerə görə elə də böyük xərcə düşməyib. Saviç buradakı keçirəcəyi ilk mövsümdə 150 min dollar qazanacaq. Növbəti sezonlarda isə bu məbləğ bir qədər artırılacaq.
"Neftçi" onadək 6 nəfərlə anlaşıb.
Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya), Lyubomir Tupta (AEL, Yunanıstan), Fredi Varqas ("Makkabi" Netanya) və Alen Şkribek (ZTE, Macarıstan) ilə müqavilə imzalanıb.
SPORTİNFO.AZ
