Abdullayevlə müqavilənin müddətini uzatdılar - Üçüncü dəfə

20 Avqust 07:40 Basketbol 401
Abdullayevlə müqavilənin müddətini uzatdılar - Üçüncü dəfə

"LANDAU Lions" basketbol klubu 18 yaşlı İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yerli basketbolçu ilə müqavilənin müddəti 1 ildir.

O, bu yay U-18 və U-20 yığmalarının heyətində Avropa çempionatının B divizionunda uğurlu çıxışı ilə yadda qalıb.

Abdullayev ötən mövsüm gümüş medal qazanan komandanın heyətində yer alıb. O, ardıcıl üçüncü mövsüm bu kollektivin şərəfini qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR