Azərbaycan komandasına qol vuranlar burada cəmləndi

16:40 Qarabağ 106
Azərbaycan komandasına qol vuranlar burada cəmləndi

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Tvente”dir.

Bu komanda azərbaycanlı futbolsevərlərə yaxından tanışdır.

Məhz həmin “Qarabağ” 2009-10 mövsümündə Avropa Liqasının pley-offunda Niderland təmsilçisi ilə qarşılaşıb mərhələni keçə bilməmişdi. Bakıda qolsuz bərabərlik qeydə alınmış, Enshededə meydan sahibləri 3:1 hesablı qələbəyə sevinmişdi.

2024-15 mövsümündə püşk növbəti dəfə Avropa Liqasının pley-offunda komandaları bir-birinə rəqib etmişdi. Bu dəfə sevinən tərəf “köhlən atlar” olmuşdu – 1:1, 0:0. Həmin vaxt səfər qolu qüvvədə olduğundan, “Qarabağ” üstünlük qazanıb qrup mərhələsinə yüksəlmişdi.

Birinin üstündən 17, digərinin 12 il keçib. Təbii ki, “Qarabağ” kimi “Tvente”də də ciddi dəyişikliklər baş verib.

“Qırmızılar”ın hazırkı heyətinin yarısından çoxunu legionerlər təşkil edir. Təbii ki, aralarında “Qarabağ”a yaxşı tanış olan, hətta təmsilçimizin qapısına qol vurmuş futbolçuları da görmək mümkündür.

Marko Pyaça ağdamlıların “Dinamo Zaqreb”lə görüşlərində xorvatların aparıcı siması sayılırdı. Pyaça hər iki qarşılaşmada “Qarabağ”ı məyus etmişdi.

“Ayaks”dan xatırladığımız Vout Veqhorst da hazırda “Tvente”dədir. O da 2 il əvvəl Bakıdakı görüşdə penaltidən bizimkilərin qapısına yol tapmışdı.

“Qarabağ”ı məyus edənlərin arasında daha bir tanış ad – Teylor But da var. O, 2025-ci ildə Avstriyadakı təlim-məşq toplanışında “Tvente” ilə “Qarabağ” arasındakı yoxlama matçının 22-ci dəqiqəsində təmsilçimizi məyus etmişdi.

2015-2022-ci illər aralığında avrokuboklara vəsiqə qazana bilməyən Niderland təmsilçisi 2022-23 mövsümündə Konfrans Liqasının pley-off mərhələsində “Fiorentina”ya “yem olaraq” mübarizəni dayandırıb – 0:0, 1:2.

2024-25 mövsümündə mübarizəyə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən başlayıb və dərhal da əllərini yanına salıb. “Zalsburq” səddi keçilməz olduğundan (3:3, 1:2) “Tvente” Avropa Liqasının qrup mərhələsinə yollanıb.

“Mançester Yunayted” (1:1), “Fənətbağça” (1:1), “Nitsa” (2:2) və “Olimpiakos”la matçlarda bərabərkik qeydə alındığı halda, “Beçiktaş”la (1:0) “Malmö”nü (3:2) məğlub etmək mümkün olub. Enshedelilər “Latsio” (0:2) ilə Belçika “Union”una (0:1) bpyun əysə də, topladığı 10 xalın sayəsində pleyoffa yüksəlib. Burada “Bodo Qlimt” “Qarabağ”ın rəqibinə aman verməyib – 2:1, 2:5.

Cari mövsümə gəlincə, mübarizəyə Avropa Liqasının 2-ci tənisfatından başlayan “Tvente” qarşısında “Ferenetsvaroş”u görüb. Macarlara evdəki məğlubiyyətin sonu mərhələni dayandırmaqla nəticələnib – 1:2, 2:2.

Bu məğlubiyyətin sayəsində Konfrans Liqasının 3-cü mərhələsinə yuvarlanan “qırmızılar” “Dunayska Streda” ilə duellərdə üstün tərəf olub – 6:0, 3:3.

Hazırkı “Tvente” sürətli və hücum futbolu sərgiləyir. Statistikadan da göründüyü kimi, cari mövsümdə 4 oyunda rəqib qapılarına 12 qol vurmağı bacarıb ki, bu da hər görüşdə orta hesabla 3 top deməkdir.

Qol vurmaqla yanaşı, rəqiblərinə də bu imkanı yaradır. 4 qarşılaşmanın yalnız 1-də qapının toxunulmazlığını qorumaq mümkün olub. Digər 3-ündə buraxılan qolların sayı 7-dir ki, bu da hər oyuna orta hesabla 2 top deməkdir.

“Tvente”nin doğma meydanda əzəmətli göründüyünü demək çətindir. Son 9 ev matçına nəzərə salsaq, bunların 3-də qalib gəlmək mümkün olub. Digər 3-də bərabərlik qeydə alınıb, yerdə qalan 3 oyunda uduzub.

Sözsüz, indiki məqamda Niderland cütün aşkar favoritidir. “Qarabağ”ın heyətində ciddi dəyişikliklərin yaranması komandanın oyun planında mənfi mənada özünü göstərməkdədir. Digər tərəfdən, aparıcı futbolçuların bir neçəsinin yoxluğu.

“Köhlən atlar” əsas mərhələyə vəsiqə qazanmaq istəyirsə, müdafiə xətti “Tvente”nin hücumlarının qarşısını kəsməyi bacarmalıdır. Səfərdəki minimal hesablı mümkün məğlubiyyət də mərhələni keçmək baxımından ümidverici sayıla bilər.

Lakin “qırmızılar”ın hazırkı durumu və doğma meydan amili “Qarabağ”ın işinin çətin olacağındən xəbər verir. Təki böyük hesablı məğlubiyyət olmasın.

Avqustun 20-də Enshede şəhərindəki “De Qrolş Veste” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti