"Qarabağ"la oyundan öncə 7 FOTOda gizlənən həqiqət - NƏDİR O?

25 Yanvar 2023 11:40 Premyerliqa 1 022
"Qarabağ"la oyundan öncə 7 FOTOda gizlənən həqiqət - NƏDİR O?

Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonrakı ilk tur öz axarında davam edir.

Bu gün daha iki matç bizi gözləyir.

Günün açılış oyunu Tovuzda baş tutacaq. Burada yerli komanda lider "Qarabağ"ı qəbul edəcək.

Meydan sahibləri matçla bağlı hazırlıqlarını dünəndən yekunlaşdırıb, oyun saatını gözləyirlər.

Bu barədə klubun rəsmi feysbuk hesabından paylaşım edilib.

Səhifə admini "Qarabağ"la oyunun hazırlıqlarını tamamladıq" başlığı ilə son məşqdən 7 fotonu izləyiciləri ilə paylaşıb.

Və 7 fotodan 5-də tovuzlu futbolçular ya topsuz hərəkətdədilər, ya da topun onlara gəlməsinə ümid edirlər.

Şəkildə topla hərəkətdə olduğu görünən Nathan Oduva və yeni transfer Belajdi Pusidir.

Sanki matçla bağlı öncədən proqnozlaşdırılan gedişat görüşdən öncəki 7 fotoda öz əksini tapıb. Buna təsadüfdə gizlənən həqiqət də deyə bilərik.

Axı öncədən hamının proqnozlaşdırığı fikir eynidir - topsuz qalacaq bölgə klubu 90 dəqiqə öz fürsətini gözləyəcək. Ön xəttə isə bütün ümidlər Oduvayadır. Əgər Belajdi lazım olan dəstəyi ona verə bilməsə.

Məşqdə ayaqda görünən topların sonrakı aqibətini bilmirəm, amma ağdamlılar kimi rəqiblə oyunda həm ingiltərəli, həm də albaniyalı ön xətt oyunçuları ayaqlarına düşəcək topun qiymətini mütləq dəyərləndirməlidir.

Ki, topsuz qalan digər 5 yoldaşın (şərti 5) topsuz mübarizəsi, döyüş ruhu, axıtdığı tər boşa getməsin.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu