"Bütün komandalar Tovuzda oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

8 Avqust 2022 19:30 Premyerliqa 863
"Bütün komandalar Tovuzda oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Bu cür tribunlar qarşısında oynamaq əsl zövqdür. "Turan Tovuz" Azərbaycan futboluna gözəllik gətirən komandadır. İki fərqli hissə oynadıq. Birinci yarıda daha çox topa nəzarət etdik, ikinci hissədə hücumlar qurduq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın birinci turunun "Turan Tovuz"la matçından sonra keçirilən mətbuat konfransında deyib.

Bölgə klubunun çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.

- Ramon Maçado tam hazır deyil?
- 3-4 gün olar ki, komandaya qoşulub. Tam hazır olmağı mümkün də deyil. Kollektivi daha çox hiss etməsi üçün onu meydana buraxdıq.

- Stadiondakı atmosferlə bağlı nə deyə bilərsiz?
- Bütün komandalar Tovuzda oynamaqdan zövq alacaq. Ümid edirəm ki, hər zaman tribunalar bu cür dolu olacaq.

- Komandanın gənc futbolçusu Rauf Rüstəmli sarı vərəqə ilə cəzalandırıldı. Bu haqda fikriniz necədi?
- Rauf akademiyamızın yetirməsidir. Gələcək vəd edən oyunçudur. Həmin epizod emosiya ilə bağlıdır.

Digər Xəbərlər
Xəbər Lenti