"Kəpəz"in kasıb transfer bazarı - Kimlər gəlir?

3 İyul 2022 23:20 Premyerliqa 2 060
"Kəpəz"in kasıb transfer bazarı - Kimlər gəlir?

Yeni mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz"də hazırlıqlar davam edir.

Toplanışın Gəncə mərhələsini başa vuran komanda bu gündən Bakıda - "Dalğa Arena"da bir araya gəlib.

Bölgə təmsilçisi transfer çalışmalarını da davam etdirir. Gürcüstandan olan iki legionerlə danışıqlar başa çatıb. Yaxın günlərdə komandaya qoşulacaq hər iki futbolçu da yarımmüdafiəçi mövqeyində çıxış edir.

Bundan başqa iranlı legioner Peyman Keşavarzi ilə də danışıqlar müsbət yekunlaşıb. Müdafiəçinin Bakı toplanışına qatılacağı gözlənilir.

Komanda ilə adı çəkilən sabiq "Xəzər Lənkəran"lı Sadio Tounkara isə baş məşqçi Yaşar Vahabzadənin planlarına daxil deyil. Ümumiyyətlə, onunla danışıq aparılmayıb.

Yerli futbolçularla bağlı isə vəziyyət heç də ürəkaçan deyil.

Əksəriyyət "Turan Tovuza" üz tutubsa, yerdə qalanlar da komandaya güc qatacaq səviyyədə deyil. Elə təcrübəli mütəxəssisi də ən çox qayğılandıran bu məsələdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var