Premyer Liqaya dönən klubda daha bir yeni məşqçi

12 İyun 2022 16:00 Premyerliqa 1 269
Premyer Liqaya dönən klubda daha bir yeni məşqçi

«Turan Tovuz»un sükanı arxasına keçən Ayxan Abbasovun köməkçilərindən daha birinin kimliyi məlum olub.

«Neftçi»nin Futbol Akademiyasının qapıçılar üzrə koordinatoru Kamil Qafarov onun korpusuna daxil olub.

Elnur Çodarovla birgə qərb klubunda çalışacaq mütəxəssis birillik sözləşməyə imza atıb.

Bu, öz sahəsinin ən yaxşılarından sayılan Qafarovun Premyer Liqaya ikinci qayıdışıdır. O, bir neçə il öncə «Rəvan»da eyni işi görüb.

SPORTİNFO.AZ

Xəbər Lenti