"Qəbələ" və "Sumqayıt"dan evdə qələbə

9 May 2022 21:38 Premyerliqa 1 032
"Qəbələ" və "Sumqayıt"dan evdə qələbə

Azərbaycan Premyer Liqasında XXVI tur başa çatıb.

Sportinfo.az xəbər verir ki, turun son günündə iki matç keçirilib.

Autsayderlər qrupunda yer alan “Sumqayıt”la “Şamaxı” “Gənclik şəhəri”ndə üz-üzə gəlib. Hər hissədə bir qol vuran meydan sahibləri 2022-ci ildə ilk dəfə qələbə qazanıb.

Tura Qəbələdə yekun vurulub. Eyniadlı komanda “Neftçi”ni sınağa çəkib. Matçın taleyini bir qol həll edib. Penaltini dəqiq yerinə yetirən İsnik Alimi meydan sahiblərinə üç xal qazandırıb. Bu, “Qəbələ”ni bir günlük fasilədən sonra 4-cü pilləyə qaytarıb.

Turun ilk günündə “Səbail” - “Sabah” (0:2) və “Qarabağ” – “Zirə” (0:0) oyunları keçirilib.

9 may (bazar ertəsi)
“Sumqayıt” – “Şamaxı” - 2:0
Qollar:
Əli Qurban, 31, 78
Baş hakim: Əliyar Ağayev
“Sumqayıt”: 23. Andrey Popoviç, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 91. Anatoli Nuriyev, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı
Baş məşqçi: Aleksey Baqa
“Şamaxı”: 1. Stanislav Namaşko, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 6. Franko Flores, 13. Pərviz Azadov, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Rüstəm Əliyev
“Kapital Bank Arena”

“Qəbələ” – “Neftçi” - 1:0
Qol:
İsnik Alimi, 76 (p.)
Baş hakim: Fərid Hacıyev
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 24. Patrik Robson, 44. Salman Ələsgərov, 12. Rüfət Əhmədov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
Qəbələ şəhər stadionu

1

Qarabağ

25

18

6

1

60-12

60

2

Neftçi

26

15

5

6

41-26

50

3

Zirə

26

12

7

7

32-27

43

4

Qəbələ

26

11

8

7

36-33

41

5

Sabah

26

12

3

11

39-31

39

6

Şamaxı

26

5

6

15

25-48

21

7

Sumqayıt

25

4

6

15

15-39

18

8

Səbail

26

4

3

19

17-49

15

Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Davit Volkov ("Zirə") – 11 qol, Vadji İbrahima, Filip Ozobiç (hər ikisi "Qarabağ"), Tiaqo Bezerra ("Neftçi") – 10.

Digər Xəbərlər
Xəbər Lenti