“Qarabağ”la oyun “Qəbələ“li kapitanın “yolunu bağladı“

3 Mart 2021 18:00 Premyerliqa 714
“Qarabağ”la oyun “Qəbələ“li kapitanın “yolunu bağladı“

Azərbaycan Premyer Liqasında XVIII turun ilk oyun günü üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Sportinfo.az xəbər verir ki, buna səbəb həmin oyunçuların sarı vərəqə limitini doldurmasıdır.

“Qəbələ”nin itkisi daha ciddi hesab olunub. Komandanın əsas qapıçısı və kapitanı Anar Nəzirov mövsümdə 4-cü xəbərdarlığı alıb. “Qarabağ”la görüşdəki (0:3) vərəqə qolkiperin “Səbail”lə matça yolunu bağlayıb.

Həmin matça paytaxt klubu da itki ilə çıxacaq. Buna Peyman Keşavarzın cəzalı duruma düşməsidir. Legioner “Keşlə” ilə qarşılaşmada (1:1) növbəti “sarı”sını alıb.

Paytaxt derbisində cəzalanan Şəhriyar Əliyev də komandasına kömək edə bilməyəcək. O, “Keşlə”nin “Neftçi” ilə matçını buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM