"Neftçi" qış fasiləsinə lider kimi yollandı, amma ..."

10 Yanvar 2021 22:20 Premyerliqa 1 663
"Neftçi" qış fasiləsinə lider kimi yollandı, amma ..."

"Geridə qalan 13 tura baxsaq, görərik ki, klublar arasında o qədər də xal fərqi yoxdur. Turnir cədvəli də buna əyani sübutdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisində Canni De Byazinin köməkçisi kimi çalışan Arif Əsədov deyib.

Azərbaycan Premyer Liqasında arxada qalan turları dəyərləndirən Əsədov, "Neftçi"nin hazırda lider olmasının hələ hər şey demək olmadığını bildirib:

"İlk yerlər uğurunda mübarizə aparan "Neftçi", "Qarabağ" və "Zirə" arasında çox az xal fərqi var. Gərgin mübarizə gedir. "Neftçi" qış fasiləsinə lider kimi yollandı, amma mənə elə gəlir ki, bu hələ son deyil. Hər an turnir cədvəlində yerdəyişmələr ola bilər".

Mütəxəssis "Zirə"nin çıxışını xüsusi fərqləndirib, "Sabah" və "Keşlə"dən isə belə nəticələr gözləmədiyini deyib: "Qış fasiləsinə kimi olan dövrdə "Zirə"nin çıxışını xüsusi qeyd eləmək lazımdır. Liderlər qrupunda yer alıblar. Ötən mövsümə baxanda komandada irəliləyiş hiss olunur. Digər rəqiblərə baxsaq bərabər səviyyəli oyunlar gedir.

"Sabah"ın hazırkı tura kimi çıxışı məni mənfi mənada təəccübləndirdi. Çempionatın əvvəlindəki hazırlıqdan iddialı olduqları görünürdü. Yeni baş məşqçiləri gəlmişdi.

Transfer bazarında çox aktiv idilər. Heyətlərini həm milli futbolçular, həm də xarici oyunçularla gücləndirmişdilər. Amma xeyli vaxt keçməsinə baxmayaraq, hələ də stabil çıxış edə bilmirlər.

Heyət tam formalaşmayıb. Gözləntim daha çox idi. Sonuncu pillədə olmalı deyildilər. Bir də "Keşlə"ni bu baxımdan qeyd edərdim. Yaxşı start vermişdilər.

Heyətdəki problemlər, ehtiyat quvvənin olmaması onların qış fasiləsinə kimi yuxarı pillələrdən aşağı düşmələrinə səbəb oldu. Qeyri-stabil çıxış etdilər".

Arif Əsədov qış fasiləsindən sonrakı dönəm üçün indidən proqnoz verməyin tez olduğunu düşünür: "Bu dönəmdə transfelərdə fəallıq göstərmək çox çətindir.

Xüsusilə də xarici futbolçuların dəvət edilməsi çətindi. Klublar heyətlərində çox cüzi dəyişiklərə yer ayırırlar.

Hazırlıq çərçivəsində ilk oyunlar hələ bu gün keçirildi. Ayın 14-ü növbəti oyunlar olacaq. Ondan sonra komandaların gücünü görmək və nəsə demək olar".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!