Azərbaycan yığmasının bunu bilməsi lazımdır Təsdiqləndi

18 İyul 2020 12:30 Paris-2024 1 964
Azərbaycan yığmasının bunu bilməsi lazımdır Təsdiqləndi

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının proqramını və keçiriləcəyi məkanları təsdiqləyib.

Sportinfo.az qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarışın yeni cədvəli 2020-ci il versiyası əsasında təsdiqlənib.

Yəni, təqvimdə hər hansı dəyişiklik edilməyib. Tokio-2020 Yay Olimpiya Oyunları planlaşdırıldığı kimi 2021-ci il 23 iyul - 8 avqustda gerçəkləşəcək. Qərarlar IOC-un bu gün baş tutan 136-cı Sessiyasında qəbul edilib.

IOC həmçinin idmançılarının qalacağı yerlər, mətbuat və teleyayım mərkəzləri ilə bağlı qərarını da açıqlayıb. Tokio olimpiadası martın sonunda növbəti ilə təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 03:00 Gürcüstana məğlub olduq