
Daha bir cüdoçumuz Tokio Olimpiadası ilə erkən vidalaşıb.
66 kq çəkidə çıxış edən Avropa çempionu Orxan Səfərov, təəssüf ki, ümidləri doğrultmayıb.
Səfərov ilk görüşdə yaxşı tanıdığı qazaxıstanlı Asiya çempionu Yerlan Serikjanova uduzaraq, Tokio-2020 ilə vidalaşıb.
Ötən gün isə cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) və Kəramət Hüseynov (60 kq) eyni aqibəti yaşamışdı.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb.
SPORTİNFO. AZ