Azərbaycan boksçusu Cavid Çələbiyev Tokio Olimpiadasına qələbə ilə başlayıb.
63 kq çəkidə döyüşən Çələbiyev ilk qarşılaşmada Ukrayna təmsilçisi Yaroslav Xartsizə 5:0 hesabı ilə qalib gəlib.
1/8 finalda Cavidin rəqibi Ermənistan təmsilçisi Ovanes Baçkov olacaq. Görüş iyulun 31-də keçiriləcək.
Xatırladaq ki, ötən gün Azərbaycan boksçularından Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq) ilk döyüşlərində uduzaraq mübarizəni dayandırıb.
Məhəmməd Abdullayev isə (+91) Bəhreyn boksçusuna qalib gələrək 1/8 finala vəsiqə alıb.
SPORTİNFO. AZ

