
Tokio Olimpiadasının (iyulun 21-dən başlayan softbol və futbol yarışlarını nəzərə almasaq) ilk günündə - iyulun 24-də Azərbaycanın 10 idmançısı mübarizəyə qoşulub.
Onlardan 8-i uğursuz çıxış edərək yarışla vidalaşıb. Yalnız boksçu Məhəmməd Abdullayev növbəti mərhələyə vəsiqə qazanıb.
Güllə atıcısı Ruslan Lunyov isə pnevmatik tapançadan 10 metrlik hədəfə atəş açma növündə mübarizəni dayandırsa da, qarşıdakı günlərdə 25 metr məsafədən atəş açmada çıxış edəcək.
24 iyulda çıxış edənlər:
1. Kəramət Hüseynov (cüdo, 60 kq) – 1/8 finalda uduzub
2. Aişə Qurbanlı (cüdo, 48 kq) - 1/16 finalda uduzub
3. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi) – finişə çata bilməyib
4. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq) – 26-cı yer
5. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük, 100 m batterflyay) – 30-cu yer
6. Tayfur Əliyev (boks, 57 kq) – 1/16 finalda uduzub
7. Lorenzo Sotomayor (boks, 69 kq) - 1/16 finalda uduzub
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük) – 45-ci yer
9. Ruslan Lunyov (güllə atıcılığı) - 10 m məsafədən atəş açmada 20-ci yer
10. Məhəmməd Abdullayev (boks, +91 kq) – 1\16 final mərhələsində qələbə qazanıb
Qeyd edək ki, sabah idmançılarımızdan Orxan Səfərov (cüdo), Marina Nekrasova (idman gimnastikası), Emin Cəfərov (stend atıcılığı) və Cavid Çələbiyev (boks) mübarizəyə qoşulacaq.
SPORTİNFO.AZ