Tokio Olimpiadasında iştirak edən yeganə güllə atıcımız Ruslan Lunyovun bugünkü çıxışı uğursuz alınıb.
Pnevmatik tapançadan 10 metr məsafədən hədəfə atəş açmada idmançımız final mərhələsinə çıxa bilməyib.
Lunyov 6 atəş seriyasının yekununda 574 xal toplayıb və 36 iştirakçı arasında 20-ci olub. Bu isə medallar uğrunda mübarizəni davam etdirmək üçün kifayət etməyib.
Ruslan Lunyov güllə atıcılığının digər növündə - 25 metrdən hədəfə atəş açmada da Azərbaycanı təmsil edəcək.
SPORTİNFO.AZ

