
Azərbaycan idmançıları Tokio Olimpiadasında mübarizəyə başlayıb. Yarışa ilk qoşulan cüdoçularımızın çıxışı uğursuz alınıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı elə ilk görüşdə portuqaliyalı Katerina Koştaya uduzaraq olimpiada ilə vidalaşıb.
Kişilərin yarışında isə Kəramət Hüseynov (60 kq) ilk görüşdə Böyük Britaniya təmsilçisi Eşli Makkenziyə qalib gəlsə də, 1/8 finalda gürcü Luxumi Çxvimianiyə məğlub olub.
SPORTİNFO.AZ