"Güclülərdən biri də mənəm, Allah nəsib edəcəksə, qızıl qazanacağıq"

9 İyul 2021 17:40 Paris-2024 1 005
"Güclülərdən biri də mənəm, Allah nəsib edəcəksə, qızıl qazanacağıq"

"Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq yüksək səviyyədə gedir.

Göygöl Olimpiya Kompleksində hazırlaşırıq. Ölkəmiz hər bir dəstək verir və biz də əlimizdən gələni edirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında yunan-Roma güləşçimiz Rafiq Hüseynov deyib.

77 kq çəki dərəcəsində ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançımız hədəflərində də danışıb:

"Plan qurmaq elədir ki, biz istəyən kimi ola da bilər, olmaya da bilər. Hədəfimizi qızıla doğru götürmüşük. Allah nəsib edəcəksə, qızıl qazanacağıq".

İkiqat Avropa çempionumuz rəqibləri haqqında isə bunları deyib: "Rəqibləri bir-bir analiz etmişik. Hər birini tanıyıram. Olimpiadada zəif rəqib olmur. Ən güclü güləşçilərdən biri də mənəm. İnşallah çalışıb medal verəcəm".

Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirində finala çıxmaqla qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA