"Mənim hədəfim Tokio xalçasında müəyyənləşəcək" - İslam Abbasov

8 İyul 2021 17:40 Paris-2024 958
"Mənim hədəfim Tokio xalçasında müəyyənləşəcək" - İslam Abbasov

"Hər bir rəqib çətindir.

Düzdür, çoxları əsas rəqib kimi ukraynalıları qeyd edir, amma Olimpiyadada çox idmançı surpriz edə bilər.

Belarus, Serbiya idmançılarını buna misal göstərmək olar. Bütün rəqiblərimə ciddi yanaşıram".

Bu sözləri Sportinfo.az-a açıqlamasında yunan-roma güləşində ölkəmizi Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək İslam Abbasov deyib.

87 kq çəkidə mübarizə aparacaq idmançımız əsas üstünlüklərində də söz açıb: "Əsas üstünlüyüm ayaqüstə güləşməkdir. Parterdə yox, daha çox fəndlərimi ayaqüstə edirəm.Çalışıram ki, parterimi də gücləndirim və rəqiblərə xal verməyim".

Abbasov Olimpiyadakı hədəfi haqda isə bunları deyib: "Olimpiyada öncəsi proqnoz vermək istəmirəm. Mənim hədəfim Tokio xalçasında müəyyənləşəcək".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA