"7 güləşçimizin hər biri güclüdür və onların hər birindən medal gözləyirik".
Sportinfo.az xəbər verir ki, bu fikirlər Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadəyə məxsusdur.
MOK rəsmisi Tokio-2020-də ən azı 8 medal qazanmalarının mümkünlüyünü dilə gətirib:
"Cüdoçularımızdan da medal gözləyirik. Bu dəfə əsas gücümüz karateçilərdir, onlardan da medal gözləyirik. Boks, taekvondodan medal gözləyirik.
Yəni, medala namizədlərimiz, güclü idmançılarımız var. Amma Rio-2016 bizə nəyi öyrətdi. Finalda 8 idmançımız çıxış etsə də, yalnız 1-i qızıl medal qazandı.
Halbuki onların hər biri qızıl medal qazana bilərdi. Medalın əyarını müəyyənləşdirmək çox çətindir. Bunlar bir anda baş verən məsələlərdir. Amma ümidvaram ki, kifayət qədər medalımız olacaq".

