"Çalışacağıq ki, kəmiyyətdən çox, keyfiyyətə fikir verək"

29 İyun 2021 23:20 Paris-2024 781
"Çalışacağıq ki, kəmiyyətdən çox, keyfiyyətə fikir verək"

“Qarşıdakı olimpiada üçün proqnoz vermək çox çətindir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çüngüz Hüseynzadə deyib.

Tokio-2020-dən danışan MOK rəsmisi başqa ölkələrin idmançıları barədə məlumata malik olmadıqlarını söyləyib.

Onun bildirdiyinə görə, bu, yarışların az keçirilməsi və ya bəzilərində ümumiyyətlə keçirilməməsi ilə əlaqədardır:

"Məsələn, boks üzrə cəmi bir turnir oldu. Orada lisenziya qazanan idmançıların nə vəziyyətdə olmalarından xəbərimiz yox idi.

Həmişə proqnozlar verirdim və bu, reallığa daha yaxın olurdu. Əminəm ki, Tokio-2020-də də medallarımız az olmayacaq, müxtəlif əyarlarda qazanılacaq.

Çalışacağıq ki, kəmiyyətdən çox, keyfiyyətə fikir verək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA