"Lisenziyaların qazanılma prosesi davam edir.
Bir neçə növdə vəsiqələr əldə edə bilərik. Əlavə lisenziyalar atletika və üzgüçülükdə, ağırlıqqaldırmada mümkündür.
Eyni zamanda riatlon növündə yeni lisenziya gözləyirik. Yəni, qarşıdakı müddətdə vəsiqələrin sayı arta bilər".
Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O bildirib ki, Tokio-2020 əvvəlki Oyunlara bənzəməyəcək və fərqli keçəcək: "Pandemiya həm həyatımıza, həm hazırlıq prosesinə, həm də lisenziyaların sayına təsirini göstərdi.
İdman həyatımızda yeganə ilk mürəkkəb şəraitdə təşkil olunacaq Oyunlardır. Olimpiadanın bir il təxirə salınması o deməkdir ki, ötənilki Oyunlara namizəd olan idmançılar artıq yoxdurlar, yaşlaşıblar və ya sıradan çıxıblar.
Yaxud da ötən il getməsi mümkün olmayan idmançılar builki olimpiadaya yollana biləcəklər. Məsələn, Tokio-2020 ötən il keçirilsəydi, 60 kq və 81 kq çəkilərdə cüdoçularımız olmayacaqdı.
Çünki həmin vaxt bu çəkilərdəki idmançıların reytinqləri aşağı idi. Bu il ərzində onlar reytinq xallarını yüksəldərək, olimpiadaya vəsiqə əldə etdilər.
Eləcə də yaşlı idmançılarımız üçün daha çətin olacaq. Çünki fiziki formanı bir il uzatmağın nə demək olduğunu özünüz bilirsiniz".

