COP29

“Şükür ki, vətənə medalsız qayıtmıram, komandamızın üstündə qara bulud var idi”

9 Avqust 03:10 Paris-2024 763
“Şükür ki, vətənə medalsız qayıtmıram, komandamızın üstündə qara bulud var idi”

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Paris-2024-də bürünc medal qazanması barədə təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan 21 yaşlı idmançımız Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib:

"Əlbəttə, təəssüratlar yaxşıdır. Allaha şükürlər olsun, Olimpiya üçüncüsü oldum. Məni dəstəkləyən, məni izləyən hər kəsə təşəkkürümü bildirirəm. Düzdür, qızıl medalın yeri başqadır.

Ancaq şükürlər olsun ki, vətənə medalsız qayıtmıram. Komandamızın üstündə qara bulud var idi. Medal açılışını etdik.

İnşallah, digər güləşçilərimiz davamını gətirər. Daha da yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr qazanmağa çalışacağam".

Həsrət 3-cü yer uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılova vaxtından əvvəl 8:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi