"Komanda 100% dəyişməlidir" - Samir Abasov

22 Noyabr 2020 16:45 Neftçi 1 556
"Komanda 100% dəyişməlidir" - Samir Abasov

“Oyun istənilən nəticə ilə bitsəydi, bunu anlayışla qəbul edəcəkdim. Çünki birinci oyunumdur”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yeni baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” ilə keçirilən oyun barədə danışarkən deyib.

“Ağ-qaralar”ı ilk dəfə meydana çıxaran Abasov komandasının 4:1 hesablı qələbəsini dəyərləndirib: “Baş məşqçi dəyişikliyindən sonra futbolçular üçün çox çətin olur. Belədə komanda da 100 faiz dəyişməlidir. Yeni baş məşqçinin istəklərini reallaşdırmaq, bunu oyunda tətbiq etmək çətindir. Bu məsələnin öhdəsindən yavaş-yavaş gələcəyimizə inanıram. Hesabı bir kənara qoysaq, oyundan razı qaldığımı deyə bilmərəm. Bəzi problemlərimiz də var idi. Bütün kollektiv bir arada məşq etməmişdik. Əsas heyətin 6-7 oyunçusuna məşq keçirdim. Millinin oyunçuları düşərgəyə gec qoşuldular. Bütün dünyada yayılan koronavirus bizim oyunçulara da yoluxdu. Bu amil də işimizə mane oldu. Bütün bunların fonunda qələbə qazanmağımıza sevinirəm. İnanıram ki, yavaş-yavaş daha yaxşı olacağıq”.

- 3:0 hesabı ilə önə keçdikdən sonra futbolçularınızda arxayınlıq, yoxsa yorğunluq oldu?

- Bununla bağlı araşdırma aparılacaq. Hər ikisi ola bilər. Arxayınlıqdırsa, bunu düzəltmək olar. Yorğunluqdursa, yaxşı hal deyil. Çünki çempionatın 10 turu geridə qalıb. Əgər komanda yorğundursa, deməli, işimiz həddən artıqdır.

- Mirabdulla Abbasov sizdən əvvəlki məşqçinin rəhbərliyi altında heyətə düşməkdə çətinlik çəkirdi. Onda çatışmazlıqlar nələrdir?

- Mirabdulla koronavirusa yoluxduğu üçün komanda ilə birlikdə deyil. Bizimlə birlikdə cəim bir məşq keçib. Həddən artıq həvəsli idi. Yüz faiz deyə bilərəm ki, onda nəsə dəyişiklik olmuşdu. Bizi çox ümidləndirmişdi. Bu gün oynayacaqdı, təəssüf ki, koronavirusa yoluxduğu üçün mümkün olmadı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı