Menecer "Neftçi"dən FİFA-ya şikayət etdi – YENƏ QALMAQAL!

21 Sentyabr 2020 10:52 Neftçi 1 560
Menecer "Neftçi"dən FİFA-ya şikayət etdi – YENƏ QALMAQAL!

«Neftçi»dən FİFA-ya şikayət olunub.

Bu barədə Sportinfo.az-a menecer Xanbaba Daşdı məlumat verib.

O, cari ilin əvvəlində paytaxt klubu ilə müqavilə imzalayan Saman Nəriman Cahanın transferinə görə beynəlxalq quruma müraciət etdiyini bildirib. Belə ki, iranlı yarımmüdafiəçi «ağ-qaralar»a onun tərəfindən təklif olunsa da, qarşı tərəf son anda başqa şəxsləri vasitəçi «tutaraq», keçidi rəsmiləşdirib.

X.Daşdını dinləyək: «Bilirsiz ki, mən bu məsələ ilə əlaqədar AFFA-ya müraciət etmişdim. Nəhayət, İntizam Komitəsindən resmi cavab gəldi. Bu işin onlara aid olmadığını bildirdilər.

Mən də vaxt itirmədən bu barədə hüquqşünaslara məlumat verdim. Çünki AFFA-nın Oyunçuların Transferi və Statusu komitəsi İntizam Komitəsinə yönləndirmə eləmişdi ki, məsələyə siz baxmalısız, sonda belə bir cavab gəldi. Özü də 3 aydan sonra.

İndi isə məcburiyyət qarşısında qalıb, FİFA-ya məktub göndərmişəm. Futbolçunun adından klublarla danışmaq hüququmun olduğunu təsdiqləyən, o cümlədən, başqa faktları təqdim eləmişəm».

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi