DİN "Neftçi" - "Qalatasaray" barədə: Gəlməyin, toplaşmayın

15 Sentyabr 2020 16:14 Neftçi 712
DİN "Neftçi" - "Qalatasaray" barədə: Gəlməyin, toplaşmayın

Daxili İşlər Nazirliyi, AFFA və "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray" ilə oyun öncəsi birgə açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, bəyanatda matçın UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, azarkeşsiz keçiriləcəyi xatırladılıb.

Hər iki komandanın Azərbaycanda çoxlu sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir.

"Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və "Neftçi" koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.

Sentyabrın 17-də keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"