"Neftçi": "Seçdiyimiz oyunçular Azərbaycana gəlmək istəmir"

5 Avqust 2020 09:14 Neftçi 1 493
"Neftçi": "Seçdiyimiz oyunçular Azərbaycana gəlmək istəmir"

Hazırda "Neftçi"nin ən ağrılı yeri hücum bölgəsidir.

Faktdır ki, komanda hazırda yalnız Mirabdulla Abbasovun ümidinə qalıb.

Deyə bilərsiz ki, Stiven Monroz da var. Amma o, böyük ölçüdə vinger kimi çıxış edir. Bu problem nə vaxt aradan qaldırılacaq? Axı azarkeşlərin gözü ilk növbədə Avropa Liqasında olacaq.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Füzuli Məmmədov hazırda bu mövqe üzrə seleksiya işlərini davam etdirdiklərini söyləyib:

"Komandanın oyun üslübuna, tələblərinə uyğun forvard axtarışındayıq. Seçdiyimiz oyunçular olur. Elələri var ki, Azərbaycana gəlmək istəmirlər. Elə-belə hücumçu almaq niyyətində deyilik.

Yaxşı futbolçu axtarırıq. Onlar isə bəzən Azərbaycanda yox, daha az maaşa Avropada oynamağa üstünlük verirlər. Futbolu bitirmiş birini yox, həm gənc, həm də keyfiyyətlisini istəyirik. Elə hücumçu tapmalıyıq ki, gəlib burada vaxt keçirməsin. Bu məsələyə çox həssas yanaşırıq".

Digər Xəbərlər
Xəbər Lenti