Ölkəmizi Dünya Seriyasında kimlər təmsil edəcək? - ADLAR

04:10 Güləş 123
Ölkəmizi Dünya Seriyasında kimlər təmsil edəcək? - ADLAR

İyunun 20-21-də Gürcüstanın Batumi şəhərində böyüklər arasında Dünya Seriyasının III mərhələsi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, milli komandanın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaq.

İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Dünya Seriyasında I-S dərəcəli hakimim Bəşir İsazadə ədaləti qoruyacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!