Braziliya millisinin hücumçusu Neymar dünya çempionatının ikinci qrup mərhələsində Haiti ilə oyunda iştirak etməyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasına istinadən jurnalist Raisa Simplicio sosial şəbəkədə məlumat yayıb.
Neymar komandası ilə birgə oyunun keçirildiyi Filadelfiyaya getməyəcək. Forvard sağalmasının son mərhələsini optimallaşdırmaq üçün Nyu-Cersidə qalacaq.
Braziliya - Haiti matçı iyunun 20-nə planlaşdırılıb.
Neymar “Santos”un “Kuritiba”ya 3:0 hesabı ilə uduzduğu matçda zədə alıb.

