Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat aldı

19 İyun 04:30 Voleybol 332
Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli vleybol hakimi Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından bildirilib.

E.Zülfüqarov Avropa Voleybol Konfederasiyasının (CEV) qərarına əsasən, iyunun 19–21-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Liqasının üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.

Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan və Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya milliləri mübarizə aparacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!