Bu da 4:1 darmadağını - DÇ-2026-dan VİDEO

19 İyun 02:40 Dünya çempionatı 510
Bu da 4:1 darmadağını - DÇ-2026-dan VİDEO

DÇ-2026-da B qrupunun II turunun növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, İsveçrə millisi Bosniya-Herseqovina ilə qarşılaşıb.

Görüş İsveçrənin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 74-cü dəqiqədə Yohan Manzambi açıb. 80-ci dəqiqədə Bosniya-Herseqovinanın futbolçusu Tarik Muharemoviç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bundan sonra İsveçrə üstünlüyünü artırıb. Ruben Varqas 84-cü dəqiqədə fərqi ikiyə çatdırıb. Bosniya-Herseqovina 90+3-cü dəqiqədə Ermin Mahmiçin qolu ilə hesab arasındakı fərqi azaltsa da, İsveçrə son dəqiqələrdə daha iki dəfə fərqlənib.

Yohan Manzambi 90-cı dəqiqədə dubl edib, Qranit Caka isə 90+7-ci dəqiqədə penaltidən fərqlənib.

Bu nəticədən sonra İsveçrə B qrupunda xallarını 4-ə çatdırıb. Bosniya-Herseqovina isə 1 xalda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti