"Bu formanı geyinmək böyük şərəf idi və məsuliyyət idi"

19 İyun 03:30 Qarabağ 483
"Bu formanı geyinmək böyük şərəf idi və məsuliyyət idi"

"Qarabağ"dan ayrılan Kevin Medina sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı müdafiəçi ayrılığı haqda bunları yazıb:

"Bu formanı geyinmək və bu loqonu təmsil etmək mənim üçün böyük şərəf və məsuliyyət idi. Bu gün həm həyatımda, həm də karyeramda dərin izlər buraxan klubla vidalaşıram.

“Qarabağ”a ilk addım atdığım andan etibarən məni səmimiyyətlə qarşılayan peşəkar ailə, yaxın dostlara çevrilən komanda yoldaşları və hər zaman yanımızda olan azarkeşlər qazandım.

Meydana çıxdığım hər oyunda maksimum hörmət və fədakarlıqla mübarizə aparmağa çalışdım".

Medina 2020-ci ildən "atlılar"ın formasını geyinirdi.

Digər Xəbərlər
Xəbər Lenti