"Özüm də başa düşdüm ki, karyeramı bitirməyin vaxtıdır"

03:40 Digər növlər 66
"Özüm də başa düşdüm ki, karyeramı bitirməyin vaxtıdır"

Azərbaycan atleti Nazim Babayevin karyerasını bitirməsinin səbəbi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı idmançı bu barədə "report"a açıqlama verib.

2019-cu ildə Qlazqoda qapalı məkanda keçirilən Avropa çempionatında üçtəkanla tullanma növündə qızıl medal qazanan atlet zədə səbəbindən bu addımı atdığını deyib:

"Bu qərarı vermək asan deyildi. Özüm də başa düşdüm ki, karyeramı bitirməyin vaxtıdır. Zədələrim çox olurdu. Əvvəlki kimi bərpa ola bilmirdim. Tez-tez zədələnməyə başlamışdım. İstədiyim kimi məşq edə bilmirdim. Bu mövsüm də hazırlaşmışdım. İki ay çalışdım. Hər şey normal idi. Yarışlara az qalmış belimdə olan zədələr özünü biruzə verdi. Artıq ağrılar çox olurdu. Düşündüm ki, karyeramı yekunlaşdırmalıyam".

N.Babayevin sözlərinə görə, zədələr olmasaydı, karyerasına davam edə bilərdi:

"2023-cü ildə İstanbulda keçirilən Avropa çempionatında beşinci yeri tutdum. Hər şey ondan sonra başladı. Belimdə problemlər yarandı. Bundan sonrakı ömrü də yaşamaq lazımdır. Azərbaycan atletikasında bundan sonra məşqçi kimi fəaliyyət göstərmək qərarına gəldim. İdmançı kimi əlimdən gələni etdim. Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə ilyarım əvvəl öz akademiyamı formalaşdırmışam. 80-90 idmançı müxtəlif yaş kateqoriyalarında yer alıblar. Gələcəkdə etimad göstəriləcəyi təqdirdə, Azərbaycan millisində də çalışa bilərəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!