Dünya çempionatında K qrupunun ikinci oyununda Özbəkistan millisi Kolumbiya ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Kolumbiya oyunun sonuncu dəqiqəsində vurduğu qolla 3-1 hesablı qələbə qazanıb.
Kolumbiyanın qollarını Daniel Munoz (40), Luis Dias (65) və Xaminton Kampas (90+9) vurublar.
Özbəkistan yığmasında isə Abbosbek Fayzullayev (65) fərqlənən oyunçu olub.

