"NEFTÇİ":  1 ay çıxaq gedək buralardan… DANIŞIQLAR GEDİR

3 İyul 2020 10:52 Neftçi 1 293
"NEFTÇİ":  1 ay çıxaq gedək buralardan… DANIŞIQLAR GEDİR

Avropa Liqasında iştirak edəcək «Neftçi» ölkə xaricinə çıxmaq istəyir.

Dünən xüsusi karantin rejiminin daha 2 həftə uzadılması barədə verilən qərar paytaxt klubunun planlarını yenidən korrektə etməsinə səbəb olub.

Daha əvvəl məlumat vermişdik ki, Premyer Liqanın gümüş medalçısı Avropada uzunmüddətli təlim-məşq toplanışı keçirməyi götür-qoy edir.

Slovakiya, Bolqarıstan və Sloveniya - bu variantların masanın üzərində olmasını bildirmişdik. İndi isə Türkiyəyə getmək perspektivi yaranıb. Bakılılar iyulun 10-da qonşu ölkəyə yollanmağın yollarını nəzərdən keçirir.

Bu məqsədlə klubun sponsorları sırasına daxil olan Türkiyə Haya Yolları (THY) ilə danışıqlar aparılır. THY razılıq verərsə, «Neftçi» çarter reysi ilə Boluya istiqamət alacaq və 1 aya yaxın müddətdə təlim-məşq toplanışını keçəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var