"Neftçi" ilə yollarını ayırdı - Qarşılıqlı razılaşma əsasında

1 İyun 2020 15:18 Neftçi 669
"Neftçi" ilə yollarını ayırdı - Qarşılıqlı razılaşma əsasında

Neftçi" müqavilə müddəti başa çatan müdafiəçi Donald Gerye ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi xəbər yayıb.

Donald Gerye bu mövsüm "Neftçi”nin heyətində 14 oyunda meydana çıxıb, 1 qol vurub. O, "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı.

Daha əvvəl "Qarabağ” (2017 - 2019), Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb. Onun "Qarabağ"a qayıdacağına dair xəbərlər dolaşırdı.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?