Premyer Liqaya davam, I Diviziona… - SON DƏQİQƏ

23 May 12:44 Neftçi 732
Premyer Liqaya davam, I Diviziona… - SON DƏQİQƏ

Azərbaycan Premyer Liqası və I Divizionla bağlı məsələyə növbəti həftələrdə baxılacaq.

Dünən bu barədə AFFA rəsmi xəbər yayıb.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla hər iki çempionatın taleyi qarşıdakı günlərdə müzakirə olunacaq.

Həmçinin qeyd olunub ki, AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunacaq. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı futzal federasiyası qərar qəbul edəcək.

AFFA Nazirlər Kabineti yanında Operativ Qərargahın idmanla bağlı qərarını gözləyir. Həmin qərar isə mayın 25-də açıqlanmalıdır. Böyük ehtimalla, iyunun 1-dən klubların məşqə çıxmasına icazə veriləcək

Əlbəttə, karantin rejiminin tələblərinə riayət edərək. Çüuki rekspublika ərazisində karantinin minimum daha 15 gün uzadılması gözlənilir. Federasiyanın məqsədi Premyer Liqanı bərpa etməkdir.

I Divizionla bağlı mövqe isə hələ tam müəyyən deyil. AFFA aşağı dəstədə yarışmanın davam eləməsində bir məna görmür – açığını demək lazımdırsa.

Qurum birinci liqada cari mövsümün ləğvi barədə qərar çıxarmaqla, maliyyə itkisindən qurtulmaq istəyir. Burada mövsüm iyunun sonu, iyulun əvvəlində bərpa olunsa, gərək SOCAR-dan pul alan klubların hər birinə 25-30 min manat məbləğində əlavə vəsait ödənilsin.

Bu isə 1 ay üçün hardasa 100 min manat deməkdir. Göstərilən rəqəmin xeyli aşağı çəkilməsi üçün I Divizion komandalarının futbolçuları ilə danışıqlar aparaq, 1-1,5 ay pulsuz oynamağa razı salması şərtdir.

Belə götürəndə, bunun elə bir mənası da yoxdur. Onsuz da, illərdir aşağı dəstədə idman prinsipləri əsas götürülmür. Premyer Liqaya yüksəlmək üçün turnir cədvəli heç bir önəm daşımır. Hər şey AFFA-öz əlindədir – hansı iştirakçını ürəyi istəsə, onu da yuxarı qaldıracaq. İstər birinci olsun, istər axırıncı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 22:40 "Sabah" ona iş verdi
8 İyul 10:24 Bravo qazandırır!
8 İyul 00:00 "Qarabağ"dan QORXURLAR!