"Neftçi"nin pul qazanmaq şansı varmı? - VİDEO

22 May 2020 10:10 Neftçi 507
"Neftçi"nin pul qazanmaq şansı varmı? - VİDEO

Məlum olduğu kimi, e-Milli Liqanın püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, 28 komanda 7 qrupa bölünüb.

«Neftçi» E qrupunda yer alıb, rəqibləri isə «Ərkivan», «Qoşqar»FK və «Ağsu Siti»dir.

Heyəti klub tərəfindən müəyyənləşdirilmiş 2 nəfərdən ibarət komandalar qalibi müəyyənləşdirmək üçün hərəyə 2 oyun keçirəcəklər. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər turnir 3 ay davam edəcək.

Birinci yerin sahibinə e-Milli Liqa Kuboku təqdim olunacaq, həmçinin qalib komanda e-Milli Komandada iştirak şansı qazanacaq. İkinci və üçün yerin sahiblərinə isə təşkilatçılar müxtəlif hədiyyələr təqdim edəcəklər.

Pul mükafatları oyunçunun liqa zamanı toplamış xallarının x100 manat mislinə (1-ci yer üçün); x50 manat mislinə (2-ci yer üçün) və x20 manat mislinə (3-cü yer üçün) bərabərdir.

Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda Avropanın ən məşhur futbol klublarını təmsil edən kiber komandalarla yoldaşlıq görüşləri unudulmaz təcrübə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti