
Dario Frederikonun «Neftçi»də qalmayacağı dəqiqləşib.
Sportinfo.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi buradan ayrılmaq istədiyini klub rəhbərliyinin diqqətinə çatdırıb.
Cənubi amerikalı legioner 1 il qüvvədə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmaq niyyətindədir.
Ötən 2 ildə iki dəfə «Neftçi»yə gedib-gəlmiş Dario bu dəfə Azərbaycanı birdəfəlik tərk etməyə hazırlaşır. «Sambaçı»nın Küveyt və BƏƏ (Dubay) klublarından bir neçə təklifi var.