"Neftçi"də POZİTİV çıxmadı

15 May 2020 23:40 Neftçi 738
"Neftçi"də POZİTİV çıxmadı

"Neftçi" PFK-nın kollektivi AFFA-nın təlimatına və tövsiyəsinə əsasən dünən və bu gün koronavirus (COVİD-19) testi verib.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, təlim-məşq bazasında məşqçilər, futbolçular, inzibati və tibbi heyətlə yanaşı, idarə heyətinin üzvlərindən də test götürülüb. Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb.

"Neftçi" PFK-nın bütün iş sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, virusa qarşı qabaqlayıcı tədbirlər görülür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 03:20 Premyer Liqada 100-cü...