"Neftçi"nin QALMAQALLI VİDEOsuna daha bir REAKSİYA

11 May 2020 10:52 Neftçi 1 033
"Neftçi"nin QALMAQALLI VİDEOsuna daha bir REAKSİYA

"Neftçi"nin öz rəhbərləri, öz baş məşqçisi var. Özləri bilərlər, necə edirlər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin keçmiş çalışdırıcısı Vəli Qasımov deyib.

Bilindiyi kimi, paytaxt komandası karantin rejimini pozaraq gizlicə məşqə çıxıb. Bu, aprelin son həftəsinə təsadüf edib. İlk dəfə saytımızın yaydığı, o cümlədən, Baqali Dabonun özünə aid sosial səhifədə yerləşdirdiyi video aprelin 25-də çəkilib.

Düzdür, «ağ-qaralar»ın rəsmiləri, eləcə də, fransalı legionerin özü sonradan bu faktı dandı, görüntülərin xüsusi rejimli karantinin elan olunmasından öncə qeydə alındığını iddia etdi, ancaq ictimaiyyət onlara inanmadı. Bu təkzib "od olmayan yerdən tüstü çıxmaz" məsəlini xatırlatdı.

Əməkdaşımızın "sizcə, buna ehtiyac vardımı" sualını Qasımov bu cür cavablandırıb: "Futbolçuları da başa düşmək lazımdır. Buna ehtiyac yox idi. Hazırkı vəziyyətdə onlayn məşqlər daha effektiv olardı. Hər bir halda çalışmaq lazımdır ki, futbolçular formasın saxlasın".

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda