AFFA mənsubu "Neftçi"də üzə çıxan QALMAQALLI VİDEOdan danışdı

4 May 2020 11:20 Neftçi 2 092
AFFA mənsubu "Neftçi"də üzə çıxan QALMAQALLI VİDEOdan danışdı

"AFFA hər zaman klublara tövsiyə edir ki, Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunsun".

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın mətbuat katibi Firuz Abdulla deyib.

Federasiya rəsmisi "Neftçi"nin aprelin 25-də xüsusi rejimli karantin qaydalarını pozaraq məşqə çıxması və bu haqda ilk dəfə saytımızın yaydığı, daha sonra komandanın futbolçusu Baqali Dabonun sosial şəbəkədə paylaşdığı video haqda danışıb.

O, pyataxt təmsilçisinin məsələsinə qurumun İntizam Komitəsində baxılmayacağını bildirib: "Federasiya olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət edirik.

AFFA rəhbərliyi bütün klublara istərsə danışanda, istərsə də son dövrlərin zərurəti olan müxtəlif ünsiyyət vasitələrinin hamısında tövsiyə edir ki, Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunsun.

Əgər cəzalanmadan söhbət gedirsə, belə bir mexanizm yoxdur. Hansısa klub və ya futbolçu AFFA-nın intizam qaydaların pozanda İntizam Komitəsi ona baxıb qərar verə bilər. Amma burada hansısa intizam qaydasının pozulmasında söhbət getmir".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda