"Bu futbolçunun "Neftçi"də qalmasını çox istərdim"

30 Aprel 2020 00:42 Neftçi 786
"Bu futbolçunun "Neftçi"də qalmasını çox istərdim"

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov müdafiəçi Vild-Donald Gerye ilə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı çalışdırıcı müqavilə müddəti mövsümün sonuna qədər olan Haiti millisinin üzvünü gələn mövsüm də ixtiyarında görməkdə maraqlıdır.

O, 31 yaşlı sol cinah oyunçusunun anlaşmasındakı 1 illik uzatma bəndinin aktivləşməsi üçün rəhbərliklə görüşəcəyini söyləyib: "Geryenin komandada qalmasını çox istərdim.

O, heyətdə görməyi ən çox istədiyim oyunçulardan biridir. Yüksək keyfiyyətə malik futbolçudur. Mövsüm bitdikdən sonra onunla söhbətimiz olacaq" (apasport.az).

"Neftçi"nin idman direktoru Ceyhun Sultanov mövsümün sonunda baş məşqçi ilə bu barədə söhbət aparacaqlarını, çalışdırıcının qərarına uyğun hərəkət edəcəklərini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti