"Neftçi"də ümidləri doğrultmayan 3 legionerlə bağlı ayrılıq qərarı verildi

12 İyul 17:45 Neftçi 2 654
"Neftçi"də ümidləri doğrultmayan 3 legionerlə bağlı ayrılıq qərarı verildi

3 əcnəbi futbolçu "Neftçi"yə lazım olmadı.

Söhbət ötən mövsüm "ağ qaralar"ın əvəzedici komandasına cəlb edilmiş İstifanus Yamesa, Mamadu Divara və Oluvafemi Olalekandan gedir.

Birincinin 18, digər iki afrikalının isə 19 yaşı var.

Üçlük perspektiv vəd edən gənclər kimi ikinci komandaya cəlb olunmuşdular.

Ki, burada özlərini doğruldub əsas komandaya dəvət alsınlar.

Amma arxada qalan 1 ildə heç biri əsas komandanın diqqətini çəkə bilməyib.

Belədə hər üç legionerin göndəriləcəyi gözlənilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!